Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali Məhkəmə: İslahatlar davam edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ali Məhkəmə: İslahatlar davam edəcək

Ali Məhkəmə: İslahatlar davam edəcək


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə davam etdirilib: “Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib. Məhkəmə islahatlarının mərkəzində yer alan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən digər orqanlarla birgə Fərmanın icrası istiqamətində təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib, nəticədə cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək”.

Geri dön