Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran yeni ballistik raketini təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İran yeni ballistik raketini təqdim edib

İran yeni ballistik raketini təqdim edib


İran 2000 kilometr mənzilli və maye yanacaqla işləyən “Xürrəmşəhr-4” ballistik raketini təqdim edib.

Dördüncü nəsil “Xürrəmşəhr” ballistik raketi bu gün səhər İran müdafiə nazirinin iştirakı ilə təqdim edilib.

Bildirilib ki, 2000 km mənzilli və 1500 kq döyüş başlıqlı raket İran raketləri arasında ən ağır döyüş başlığına malikdir.

Təxminən 4 metr uzunluğunda olan raketin döyüş başlığı istehsal edilən ən böyük və effektiv döyüş başlıqlarından biridir və bir tondan çox partlayıcı daşıya bilir.

“Xürrəmşəhr-4” raketinin hədəflərini daha dəqiqliklə vura biləcəyi vurğulanıb.

Geri dön