Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Biz burada kimlərinsə problemlərini niyə bölüşməliyik?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Biz burada kimlərinsə problemlərini niyə bölüşməliyik?

Fərəc Quliyev:Biz burada kimlərinsə problemlərini niyə bölüşməliyik?


“Dünən Azərbaycan tərəfi Prezident İlham Əliyevin timsalında Ali Avrasiya İqtisadi Şurasında qonaq qismində təmsil olundu.

Amma bu, o demək deyil ki, Azərbaycan həmin quruma üzv olacaq”.

Bu sözləri Cebhe.info-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədri qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür:


"Hətta onun sədri olub, indi də rəhbərlik edir. Azərbaycan özünün artıq təhlükəsizlik və iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif platformaları var. Daha çox Türk Dövlətləri Təşklilatı bura aiddir.

Həmçinin, Azərbaycan NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzv olması mümkün deyil.

Prezident İlham Əliyevin o görüşdə iştirak etməsi ona dəlalət etmir ki, quruma üzv olacağıq. Rusiyanın bizə münasibəti məlumdur. Eyni zamanda, o təşkilatın perspektivləri və Rusiyanın gələcəyi bizim Ali Avrasiya İqtisadi Şurasında təmsil olunmağımız üçün münbit şərait yaratmır.

Əksinə, bu, bizə problemlər yarada bilər. O mənada, biz burada kimlərinsə problemlərini niyə bölüşməliyik? Məncə, mövcud platformalar və daha çox Türk Dövləti Təşkilatı ilə bu işləri görmək daha uyğun olardı”.

Elmir Mustafa/Cebhe.info

Geri dön