Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir


Bu ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər.

Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin və digər hədəflərinin aşkar edilməsi, eləcə də müəyyənləşdirilərək məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub.

Geri dön