Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir


Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarının hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Geri dön