Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Avropa Liqasının finalı: “Sevilya” klubu “Roma”ya qarşı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Avropa Liqasının finalı: “Sevilya” klubu “Roma”ya qarşı

UEFA Avropa Liqasının finalı: “Sevilya” klubu “Roma”ya qarşı


Bu gün UEFA Avropa Liqasında 2022/2023-cü il mövsümünə yekun vurulacaq.

Final matçı İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları arasında keçiriləcək.

Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 min tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın yeddinci, “Roma”nın isə ikinci finalı olacaq.

İspaniya klubu altı dəfə Avropa Liqasının qalibi olub. “Roma” isə tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.

Geri dön