Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Orbitdə insan sayı rekord həddə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Orbitdə insan sayı rekord həddə çatıb

Orbitdə insan sayı rekord həddə çatıb


Shenzhou-16” insanlı kosmik gəmisinin buraxılmasından sonra yer orbitində insan sayında yeni bir rekord qeydə alınıb.

Hazırda orbitdə 17 nəfər var. Onlardan 6-sı Çin, 3-ü Rusiya, 5-i Amerika, 2-si Səudiyyə Ərəbistanı, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Orbitdəki insanların sayına görə əvvəlki rekord 16 sentyabr 2021-ci ildə qeydə alınmışdı. O zaman orbitdə eyni anda 14 nəfər var idi.
Çin İnsanlı Kosmik Uçuş Proqramlaşdırma Təşkilatı (CMSA) bildirib ki, “Long March 2F” raketi “Shenzhou-16” missiyası üçün Pekin vaxtı ilə səhər saat 9:31-də Çinin şimalındakı “Jiuquan” kosmik bazasından buraxılıb. Təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq hədəf orbitinə daxil olub. “Shenzhou-15” ekspedisiyasının üzvləri iyulun əvvəlində Yerə qayıdacaqlar.

Geri dön