Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub


UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb. Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub. Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da "Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.

Geri dön