Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu rayonlara leysan yağıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bu rayonlara leysan yağıb

Bu rayonlara leysan yağıb


Ötən gün əksər rayonlara leysan yağıb, külək əsib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 31-i saat 20:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Culfa, Göygöl, Daşkəsən, Ağstafa, Neftçala, Gəncə, Gədəbəy, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Zaqatala, Balakən, Yevlax, Mingəçevir, Salyan, Tovuz, Şəmkir, Cəfərxan, Zərdab, Tərtər, Goranboy, Astara, Biləsuvar, Lerik, Göyçay, Yardımlı, Naftalan, Lənkəran, Şahdağ, Qrız, Quba, Xınalıq, Altıağac, Xaltan, Şamaxı, İsmayıllı, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.

Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində Fərəhli kəndinə diametri 10-12 mm, Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 mm, Balakən rayonunda xırda dənəli dolu düşüb.

Qərb küləyi arabir Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxanda, Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s-dək güclənib.

Geri dön