Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > U-17 Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc medal əldə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > U-17 Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc medal əldə ediblər

U-17 Avropa çempionatında güləşçilərimiz 4 qızıl və 3 bürünc medal əldə ediblər


Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub.

Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Yusif Dursunov (110 kq), Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) komandamıza medal qazandırıblar.

Geri dön