Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bu gün Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq

Bu gün Vaşinqtonda Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq


Vaşinqtonda bu gün Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi nümayəndə heyəti bu gün Vaşinqtonda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və yüksək rütbəli ABŞ rəsmiləri ilə Türkiyə-ABŞ Birgə Strateji Mexanizmi çərçivəsində məsləhətləşmələr aparacaq.

Məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər və beynəlxalq aləmdə baş verən hadisələrin də müzakirə ediləcəyi gözlənilir.

Geri dön