Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lukaşenko "Vaqner"in rəhbəri Priqojinlə danışıqlar aparıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Lukaşenko "Vaqner"in rəhbəri Priqojinlə danışıqlar aparıb

Lukaşenko "Vaqner"in rəhbəri Priqojinlə danışıqlar aparıb


Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına özəl hərbi şirkət “Vaqner”lə bağlı məlumat verib.

İki dövlətin başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Əldə olunan razılaşmaların davamı olaraq, Belarus prezidenti öz rabitə kanalları vasitəsilə vəziyyətlə bağlı əlavə məlumat əldə edərək, Rusiya prezidentinin razılığı ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Danışıqlar bütün gün davam etdi və Rusiya ərazisində qanlı münaqişənin başlanmasının yolverilməzliyi barədə razılaşmaya gətirib çıxardı. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” silahlı qüvvələrinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifi ilə razılaşıb.

Hazırda masada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin sərfəli və məqbul bir həlli var.

Geri dön