Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DYP Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciəti edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > DYP Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciəti edib

DYP Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciəti edib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qarşıdan gələn Qurban bayramı münasibətilə hərəkət iştirakçılarını təbrik edərək bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

“Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı, sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, - məlumatda qeyd edilib.

Geri dön