Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb


Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

DİM-dən verilən məlumata görə, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

Geri dön