Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir

Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir


Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir.

Bunu Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyənin Podqoritsadakı səfiri Barış Kalkavanla görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.

Milatoviç ölkələr arasında birbaşa uçuşların sayının artmasından məmnunluğunu ifadə edərək, bu il Ankara ilə Podqoritsa arasında hava əlaqəsinin açılacağını qeyd edib.

O, həmçinin Türkiyəyə gözlənilən rəsmi səfəri, bu səfər çərçivəsində iki ölkənin iqtisadi nümayəndə heyətləri arasında danışıqların aparılacağı barədə məlumat verib.

Milatoviç bu məsləhətləşmələrin Monteneqro ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Geri dön