Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Prezident NATO sammitində iştirak etmək üçün Litvaya gedir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə Prezident NATO sammitində iştirak etmək üçün Litvaya gedir

Türkiyə Prezident NATO sammitində iştirak etmək üçün Litvaya gedir


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq. Sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Geri dön