Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc gimnastlarımız dünya çempionatında daha bir bürünc medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gənc gimnastlarımız dünya çempionatında daha bir bürünc medal qazanıb

Gənc gimnastlarımız dünya çempionatında daha bir bürünc medal qazanıb


Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 topla hərəkətlərin icrasında bürünc medala layiq görülüb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanıb.

Geri dön