Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək


İyulun 12-də Litvanın paytaxtı Vilnüsdə NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək. Bu, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyaya kömək edəcəyi gözlənilən yeni əməkdaşlıq formatıdır.

Sammitin proqramına əsasən, iclasdan öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Daha sonra Ukrayna-NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. NATO-nun Baş katibi iclasdan sonra nəticələrə dair çıxış edəcək.

NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernevin mətbuata açıqlamasına görə, iclasda mövcud təhlükəsizlik məsələləri və NATO-nun inkişafının strateji baxışı, eləcə də Ukraynanın Alyansa daxil olması müzakirə ediləcək.

Emil Hüseynli

Geri dön