Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşıladılar.

Geri dön