Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəcəb Tayyib Ərdoğan Cozef Baydenlə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Rəcəb Tayyib Ərdoğan Cozef Baydenlə görüşüb

Rəcəb Tayyib Ərdoğan Cozef Baydenlə görüşüb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden ilə görüşüb.

Görüşdə Türkiyə Prezidenti seçki ilə bağlı təbrik mesajına görə ABŞ Prezidentinə təşəkkür edib. Bildirib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.

“Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, Sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Növbəti beş ildə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyən Bayden, həmçinin İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Prezident Ərdoğana təşəkkür edib.

Görüş 1 saat 15 dəqiqə davam edib.

Geri dön