Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ “F-16”da ukraynalı pilotlara təlim keçməyə icazə verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ABŞ “F-16”da ukraynalı pilotlara təlim keçməyə icazə verəcək

ABŞ “F-16”da ukraynalı pilotlara təlim keçməyə icazə verəcək


Amerika Birləşmiş Ştatları Avropa ölkələrinə ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək üçün təlim keçməyə icazə verəcək.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O qeyd edib ki, ukraynalı pilotlara təlimin keçirilməsi üçün lazım olan resursları hazırlamaq üçün daha bir neçə həftə vaxt lazımdır.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ukraynalı pilotların “F-16” qırıcıları üçün hazırlanması prosesinin tezliklə başlayacağına inandığını bildirmişdi.

“The Financial Times” yazıb ki, 11 Qərb ölkəsindən ibarət qrup avqust ayından etibarən ukraynalı pilotlara “F-16”ı idarə etmək üçün təlimlərə başlayacaq. Təlim Danimarkada başlayacaq, tərəflər isə Rumıniyada uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi üçün mərkəz yaradacaqlar.

Geri dön