Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son 6 ayda 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Son 6 ayda 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

Son 6 ayda 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb


Bu ilin yanvar-iyun aylarında 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Onlardan 18 mini pensiya, 68 mini müavinət və təqaüd təyinatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-qaydada aparılır.

Geri dön