Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan paraatleti dünya çempionatında daha bir qızıl medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan paraatleti dünya çempionatında daha bir qızıl medal qazanıb

Azərbaycan paraatleti dünya çempionatında daha bir qızıl medal qazanıb


Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Təmsilçimiz 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.

Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

Qeyd edək ki, bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Geri dön