Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı bəyanat imzalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı bəyanat imzalanıb

Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı bəyanat imzalanıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı birgə bəyanat imzalanıb.

Bəyanatda iki qardaş ölkənin və xalqın mənafeyinə xidmət edəcək iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi qeyd olunub. Vurğulanıb ki, Türkiyə-Qətər münasibətləri qardaşlıq və həmrəylik ruhunda siyasi və ictimai təməllər üzərində qurulmuş tarixi əlaqələri əks etdirir, çünki iki ölkə tarixlərinin bir çox mühüm dönüş nöqtələrində bir-birinə dəstək göstərib və həmrəylik nümayiş etdirib.

Bəyanatı Türkiyənin və Qətərin xarici işlər nazirləri imzalayıblar.

Geri dön