Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb

Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb


Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin 18 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandum”u əsasında cari ilin 8 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Geri dön