Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” – “Rakuv” oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Qarabağ” – “Rakuv” oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub

“Qarabağ” – “Rakuv” oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub


UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu idarə edəcək hakimlər bəlli olub.

Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçı almaniyalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Sven Yablonski olacaq. Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada keçiriləcək.

Geri dön