Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müəllimlərin vakansiya seçimi mərhələsi başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Müəllimlərin vakansiya seçimi mərhələsi başlayır

Müəllimlərin vakansiya seçimi mərhələsi başlayır


Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlər iyulun 22-də saat 11:00-dan iyulun 25-də 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Həmçinin bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına dair apellyasiya müraciətlərinin təhlili başa çatıb. Tarix, biologiya, texnologiya və təsviri incəsənət fənləri üzrə aparılmış təhlillərə əsasən, imtahan nəticələri yenidən hesablanıb. Namizədlərin imtahan nəticələri şəxsi səhifələrinə göndərilib.

Geri dön