Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib

İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”in tapdalanmasını pisləyib.

İƏT-in baş katibi Hüseyn İbrahim Taha tərəfindən edilən yazılı açıqlamada təxribat xarakterli hərəkət pislənilib və bu cür hadisələrdən dərin məyusluq ifadə olunub. Bəyanatda, həmçinin İsveç hakimiyyəti bu cür halların qarşısını almağa çağırılıb.

Xatırladaq ki, İsveçdə dini kitablara qarşı bir neçə dəfə bu cür hörmətsizlik edilib. İslam ölkələrinin çağırışlarına baxmayaraq, hadisəni törədən şəxslərə qarşı heç bir tədbir görülməyib.

Geri dön