Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşaltı kəndinə 220 ailənin köçürülməsi planlaşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Daşaltı kəndinə 220 ailənin köçürülməsi planlaşdırılır

Daşaltı kəndinə 220 ailənin köçürülməsi planlaşdırılır


Şuşa rayonunun Daşaltı kəndinə 220 ailənin köçürülməsi planlaşdırılır.

Görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək.

Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.

Geri dön