Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu qurumda çalışanların maaşları artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu qurumda çalışanların maaşları artıb

Bu qurumda çalışanların maaşları artıb


Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.

Bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.

"“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub", - sədr bildirib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.

Geri dön