Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı müraciətinə TBMM-in iclasında baxılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı müraciətinə TBMM-in iclasında baxılacaq

İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı müraciətinə TBMM-in iclasında baxılacaq


İsveçin NATO-ya qəbul edilməsi iləbağlı müraciətinə Türkiyə Böyük Millər Məclisinin iclasında baxılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"NATO Sammiti ölkəmizlə bağlı tezislərimizi səsləndirdiyimiz beynəlxalq toplantı oldu. Ölkəmizin, eləcə də müttəfiqliyin təhlükəsizliyinə töhfə verəcək bir çox məsələləri müzakirə etdik. Biz Türkiyənin gözləntilərini açıq və dəqiq şəkildə ortaya qoyduq. Biz İsveçə həssaslıqlarımızla bağlı xəbərdarlıq etmişik. Parlament bu məsələ ilə bağlı qərar verəcək", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı qərar TBMM-in oktyabrda keçiriləcək iclasında veriləcək.

Geri dön