Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şahin Mustafayev iranlı naziri Azərbaycana səfərə dəvət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Şahin Mustafayev iranlı naziri Azərbaycana səfərə dəvət edib

Şahin Mustafayev iranlı naziri Azərbaycana səfərə dəvət edib


Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında telefon danışığı baş tutub.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında baş tutan telefon danışığında ötən həftə Astarada keçirilən görüşdə müzakirə edilmiş məsələlər, xüsusilə enerji və regional nəqliyyat sahəsində əldə edilmiş razılaşmalar nəzərdən keçirilib.

Telefon danışığında tərəflər, həmçinin iki ölkə arasında mövcud birgə layihələrin ən qısa müddətdə başa çatdırılması və yeni layihələrə start verilməsinin vacibliyini vurğulayıblar.

Şahin Mustafayev Mehrdad Bəzirpaşı Azərbaycana səfərə dəvət edib

Geri dön