Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb


İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Geri dön