Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək

Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək


Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polis Akademiyasında keçirilən buraxılış mərasimində çıxış edərkən bildirib.

“Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək. Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq”, - deyə Türkiyə Prezidenti söyləyib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını və onlardan 3 milyonunun Suriya vətəndaşı olduğunu qeyd etmişdi.

Geri dön