Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Klinton: İranla danışıqlar uzun müddət davam edə bilməz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Klinton: İranla danışıqlar uzun müddət davam edə bilməz

Klinton: İranla danışıqlar uzun müddət davam edə bilməz


“Tehranla “altılıq” ölkələri arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar mərhələsi çox uzun müddət davam edə bilməz”.
Bunu vəzifəsinin son günündə jurnalistlərə açıqlama verən ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton deyib.
O bildirib ki, söhbət hansıda dəqiq vaxtdan etmir: “Demirəm ki, günlər, həftələr və ya aylar sonra. Amma hesab edirəm ki, bu probleminin həlli üçün aparılan danışıqlar çox uzun çəkməyəcək. Həmçinin İranın nüvə məsələsinin həlli üçün nəzərdə tutulan bütün tədbirlər gündəmdə qalır”.
H.Klinton əlavə edib ki, ABŞ İranın Suriya hakimiyyətinə göstərdiyi hərbi yardımı artırmasından narahatdı: “İran Bəşər Əsədin hakimiyyətdə qalmasına çalışır. Odur ki, Suriyaya daha çox hərbi dəstək göstərir, ora öz hərbi personalını göndərir. İranın bu ölkəni silahla təchiz etməsini artırması ciddi narahatlıq doğurur”.

Geri dön