Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İyun ayında Türkiyənin İƏT ölkələrinə ixracı azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > İyun ayında Türkiyənin İƏT ölkələrinə ixracı azalıb

İyun ayında Türkiyənin İƏT ölkələrinə ixracı azalıb


2023-cü ilin iyun ayında Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələrinə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,9 faiz azalaraq 722,4 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 24,8 faiz azalaraq 4,2 milyard dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 901,2 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 12,3 faiz azalaraq, 6,5 milyard dollar təşkil edib.

Geri dön