Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqton İranın nüvə fəaliyyətlərini sürətləndirəcəyini dair qərarına münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Vaşinqton İranın nüvə fəaliyyətlərini sürətləndirəcəyini dair qərarına münasibət bildirib

Vaşinqton İranın nüvə fəaliyyətlərini sürətləndirəcəyini dair qərarına münasibət bildirib


Ağ Ev İranın Natanz nüvə obyektində (təsisat) uranın zənginləşdirmə fəaliyyətlərini sürətləndirdiyinə dair iddialarla bağlı Tehran rejiminə xəbərdarlıq edib.
Bunun gərginliyi artıracağına diqqət çəkən Ağ Evin mətbuat sözçüsü Cey Karni qeyd edib ki, bu fəaliyyət İranın beynəlxalq birlikdən daha çox uzaqlaşmasına səbəb ola bilər.
İddialara görə, İran rejimi keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinə nevə fəaliyyətlərini sürətləndirəcəyinə dair məktub göndərib. Tehran bundan sonra Nətənzdakı nüvə obyektlərində modern santrifüjlərdən istifadə edəcəyini bildirib.
Jurnalistlərin bu haqda sualını cavablandıran Ağ Ev sözçüsü isə bunun sürpriz olmadığını, İranın növbəti provokasiyası olduğunu bildirib: "Biz hələ də diplomatik danışıqlar üçün vaxt və imkanın olduğuna inanırıq. Ancaq belə davranışlar İranla bağlı narahatlığı həll etmək istəyən beynəlxalq birliyin səylərinə kölgə düşürür".

Geri dön