Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda “Özbəkistan Mədəniyyəti Günləri" keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Bakıda “Özbəkistan Mədəniyyəti Günləri" keçiriləcək

Bakıda “Özbəkistan Mədəniyyəti Günləri" keçiriləcək


Avqustun 1-4-də Bakıda “Özbəkistan Mədəniyyəti Günləri" keçiriləcək.

Avqustun 2-də "Özbəkistan Mədəniyyəti Günləri" çərçivəsində Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət nazirlərinin “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” (“Otgan kunlar”) əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi barədə razılıq Prezident İlham Əliyevin ötən il Özbəkistana dövlət səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə görüşündə əldə olunub.

Geri dön