Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY arasında gələcək birgə layihələrə dair müzakirələr aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY arasında gələcək birgə layihələrə dair müzakirələr aparılıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY arasında gələcək birgə layihələrə dair müzakirələr aparılıb


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.

Fonddan bildirilib ki, görüşdə müasir dövrdə ortaq köklərə, mədəniyyətə mənsub türk xalqlarının bir-biri ilə daha geniş əlaqələndirilməsi üzrə birgə əməkdaşlığın vacibliyindən söz açılıb.

Türk dünyasının çoxtərəfli inteqrasiya prosesində ümumtürk mədəni birliyi önəmli məsələlərdən biri kimi qiymətləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və bu il 30 illiyini qeyd edən TÜRKSOY-un qarşılıqlı fəaliyyətlərindən, türk xalqlarının görkəmli şəxsiyyətlərinin yaradıcı irsinin tanıdılması istiqamətində həyata keçirilən layihələrindən bəhs olunub.


TÜRKSOY tərəfindən Şuşa şəhərinin “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması vurğulanıb. Şuşanın tarixi və mədəni irsinin təbliği yönündə Fond tərəfindən müxtəlif ölkələrdə “Şuşa günləri”nin keçirilməsi yüksək dəyərləndirilib.

Görüş Fond ilə TÜRKSOY arasında tərəfdaşlığın daha da gücləndirilməsinə və gələcək birgə layihələrə dair müzakirələrlə davam edib.

Geri dön