Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə 10 fabrik yanıb kül oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə, Türk dünyası-Turan > Türkiyədə 10 fabrik yanıb kül oldu

Türkiyədə 10 fabrik yanıb kül oldu


Bursada 10 fabrik yanaraq kül olub.

Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən yanğın kənardakı 9 fabrikə də yayılıb.

Ümumilikdə 10 fabrikin yararsız hala düşdüyü yanğına 400 heyət, 2 yanğınsöndürmə təyyarəsi, 4 helikopter cəlb olunub.

8 saatdan sonra yanğın nəzarətə götürülüb. Yanğından zərər çəkən 14 nəfər xəstəxanaya yerləşdirilib.

"Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən və 10 fabrikin tamamilə yanması ilə nəticələnən yanğın nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirilən 14 nəfərin sağlamlıq vəziyyəti yaxşıdır. İtkilərimiz yoxdur",- deyə İnegöl Bələdiyyə başçısı Alper Taban sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib.

Geri dön