Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Prezident İlham Əliyev: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi”

Prezident İlham Əliyev: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi”


“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı”.

Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində “İlham Əliyevin missiyası nədədir – müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.
Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.

Geri dön