Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub

Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub


3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.

XİN-dən bildirilib ki, repatriantların 3 nəfəri qadın və 13 nəfəri uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.

Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.

Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.

Geri dön