Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ Belarusa hərbi məhsulların ixracına qarşı sanksiyaları təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Aİ Belarusa hərbi məhsulların ixracına qarşı sanksiyaları təsdiqləyib

Aİ Belarusa hərbi məhsulların ixracına qarşı sanksiyaları təsdiqləyib


Avropa İttifaqı (Aİ) Belarusa ölkənin hərbi inkişafına töhfə verən mal və texnologiyaların, həmçinin odlu silah və sursatların ixracına qadağa qoyub.

Bu barədə Avropa İttifaqının yaydığı məlumatda bildirilib.

Sənəddə odlu silahların, onun hissələrinin və əsas komponentlərinin və döyüş sursatlarının birbaşa və ya dolayı yolla satışı, tədarükü, təhvil verilməsi və ya ixracı qadağası nəzərdə tutulur. Həmçinin Belarusda hər hansı fiziki və ya hüquqi şəxsə, təşkilata və ya orqana belə mallarla bağlı texniki yardım və vasitəçilik xidmətlərinin maliyyələşdirilməsi və ya göstərilməsi qadağandır.

Bundan əlavə, sanksiyalar həm pilotlu, həm də pilotsuz uçuş aparatları üçün aviasiya və kosmik sənayedə istifadə olunan məhsullara, o cümlədən təyyarə mühərrikləri və onların hissələrinə şamil edilir. Bununla belə, qadağa tibbi, əczaçılıq və ya humanitar məqsədlər üçün istifadə olunan mallara tətbiq olunmur.

Sanksiyalar avqustun 5-dən qüvvəyə minəcək.

Geri dön