Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, İdman > “Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşib

“Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşib


“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.

“Ağ-qaralar” “Beşiktaş”la qarşılaşacaq.

İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).

Geri dön