Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərbəst güləş millimiz Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Sərbəst güləş millimiz Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub

Sərbəst güləş millimiz Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub


Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub.

Azərbaycan Güləş Federasiyasından mətbuat xidmətindən verilən məlumata əsasən, yığma yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.

Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı.


Geri dön