Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Beşiktaş”–“Neftçi” matçının başlama saatı dəyişdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Beşiktaş”–“Neftçi” matçının başlama saatı dəyişdirilib

“Beşiktaş”–“Neftçi” matçının başlama saatı dəyişdirilib


Bu gün Türkiyədə “Beşiktaş” və “Neftçi” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Görüş əvvəldən planlaşdırıldığı kimi Bakı vaxtı ilə saat 21:00-da başlamayacaq. Qarşılaşma nəzərdə tutulan vaxtdan 1 saat gec başlayacaq.

Dəyişikliyin hansı səbəbdən edildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Neftçi” rəqibinə 1:3 hesabı ilə uduzub.

Geri dön