Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununu keçirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununu keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununu keçirəcək


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşacaq.

Almaniyanın Düsseldorf şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi sınağa çəkəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparacaq. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk 4 pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Geri dön