Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yanğın olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yanğın olub

Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yanğın olub


Bu gün saat 00:25 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus xidmət sahəsi olan Goran Dartı Yarımstansiyasının birinci bölməsində yanğın baş verib.

ADY-dən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qısa zamanda yaxınlıqdakı digər Dartı Yarımstansiyalarından həmin mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edir.

Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.

Geri dön