Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dədə Qorqud”un ötən il tapılan yeni nüsxəsinin restavrasiyası başa çatıb, nəşrə hazırlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Dədə Qorqud”un ötən il tapılan yeni nüsxəsinin restavrasiyası başa çatıb, nəşrə hazırlanır

“Dədə Qorqud”un ötən il tapılan yeni nüsxəsinin restavrasiyası başa çatıb, nəşrə hazırlanır


Ötən ilin martında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən yeni əlyazması tapılan “Kitabi Dədə Qorqud” dastanının restavrasiyası başa çatıb və Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən faksimil nəşri (orijinalın bütün elementləri saxlanılmaqla təkrar çap etmək, – N.P.) hazırlanıb.

Bu barədə Dumlupınar Universitetinin professoru Ersen Ersoy məlumat verib.
Ersen Ersoy əlyazmanın latın əlifbasına çevrilmiş versiyasının bir neçə aydan sonra nəşr olunacağını qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.

Geri dön