Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MN: Qanunsuz erməni silahlıları sərnişin təyyarəsinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > MN: Qanunsuz erməni silahlıları sərnişin təyyarəsinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edib

MN: Qanunsuz erməni silahlıları sərnişin təyyarəsinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edib


Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-u Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”nın E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Geri dön